Çilidə koronavirus pandemiyasının uşaqlara daha çox təsir etdiyi ortaya çıxıb.
Unikal.org xəbər verir ki,bu barədə Tibbi Məlumat İdarəsi tərəfindən araşdırma aparılıb.
Məlumata görə, araşdırma 30 mart və 4 iyul arasında virusa yoluxan 0-19 yaş aralığındakı 24 min 602 uşaq arasında baş tutub. Nəticədə yoluxanların 22 faizinin 0-4 yaş aralığında olan azyaşlılardan ibarət olduğu ortaya çıxıb. Bildirək ki, ölkədə 2 ay ərzində yoluxma sayına görə 900 faizlik artım müşahidə edilib.