İndoneziyanın başlıca turizm mərkəzi olan Bali adası koronavirus pandemiyası ilə bağlı uzun müddətdir tətbiq edilən məhdudiyyətlərdən sonra sentyabr ayından əcnəbi turistlərin üzünə açılacaq.
Unikal.org seanews.az-a istinadən bildirir ki, Bali əyalətinin qubernatoru İ Vayan Koster bölgədəki fəaliyyətlərin üç mərhələdə bərpa ediləcəyini açıqlayıb.
Mövcud plana görə, yerli turistlər adaya iyul ayının 9-dan, əcnəbi turistlər isə sentyabrın 11-dən gələ biləcəklər.
Qeyd edək ki, adanın ulduzlu mehmanxanalarında məskunlaşma səviyyəsi ötən ilin may ayındakı 51,56 faizə, dekabr ayındakı 62,55 faizə qarşı bu ilin may ayında vur-tut 2,07 faiz olub.
İndiyədək Balidə COVID-19 virusuna 1 849 nəfər yoluxub, 20 nəfər ölüb.