Türkiyəyə məxsus Heybeliadada meşə yanğınları başlayıb.
Unikal.org xəbər verir ki, adadan qalxan qatı tüstü qatı bir çox ərazidən, o cümlədən İstanbuldan da görünür.
Yanğının söndürülməsinə xeyli sayda yanğınsöndürüən cəlb edilib.
“Heybeliadadakı yanğının söndürülməsinə 2 təyyarə, 5 helikopter, 6 yanğınsöndürən texnika və 40 canlı qüvvə göndərilib”, – deyə Kənd Təsərüfatı və Meşə naziri Bekir Pakdəmirli deyib.
Qeyd edək ki, sözügedən ada qardaş ölkənin turistik məkanlarından sayılır.