Türkiyədə son 24 saat ərzində daha 19 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 363 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 012 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 212 993 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 298 nəfər olmaqla 194 515 nəfər təşkil edir.