Rusiyada təyyarənin tavanından su damıb. Buna görə sərnişinlər çətirdən istifadə etməli olublar.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə Sibir-Soçi istiqamətində uçurdu. Sərnişinlərdən birinin telefonu ilə çəkilən fotolar isə diqqət çəkib. 

Qeyd edək ki, şirkət yaranan problemin kondisioner ilə əlaqəli olduğunu bildirib və buna görə bütün sərnişinlərdən üzr istəyib.