Xəbər verildiyi kimi, iyulun 10-u saat 03 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun öldürülməsi ilə əlaqədar Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Ucar rayon Prokurorluğundan Unikal.org-a verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin oğlu 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Əhliman Abbasov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.