Monqolustanda taun xəstəliyindən ilk ölüm hadisəsi qeydə alınıb.
Unikal.org “Sinxua” agentliyinə istinadən xəbər verir ki, Hov-Altay regionunun 15 yaşlı sakini marmot əti yeyərək tauna yoluxub.
Xatırladaq ki, cari yay Monqolustanda iki, Çindəki Daxili Monqolustan Muxtariyyətində isə bir nəfərdə taun qeydə alınıb.
Hov-Altayın ərazisinin bir hissəsi epidemioloji təhlükə səbəbindən təcrid olunub.