Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 46 492 şübhəli koronavirus testindən keçib, onlardan 1008-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1156 xəstə sağalıb.
Türkiyədə indiyədək 214 001 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5382 nəfər ölüb, 195 671 nəfər müalicə olunaraq evə buraxılıb.