Türkiyədə 4 naməlum şəxs binanın zirzəmisində gənci ayaqlarından tavaya bağlayaraq, işgəncələri sosial mediada paylaşıblar.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Kırıkkale vilayətində baş verib. Bildirilir ki, həm mənəvi, həm də fiziki olaraq alçaldılan şəxs sərbəst buraxılandan sonra polisə şikayət edib. Məsələdə şübhəli bilinən şəxslər isə polis orqanları tərəfindən tutulub, məhkəmə qərarı ilə həbs ediliblər.