Rusiyada son sutka ərzində daha 6 248 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Unikal.org xəbər verir ki, bununla da Rusiyada COVID-19-a yoluxanların sayı 739 947 nəfərə çatıb. Son sutka ərzində 175 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 614 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 512 825 nəfərdir. Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya, Hindistandan sonra dördüncü yerdə gəlir.