Ukraynanın Ali Radası ikinci oxunuşda ölkədə oyun biznesinin dövlət tərəfindən tənzimlənməsi haqqında qanun layihəsini qəbul edib.
Bu barədə Unikal.org Ukrayna KİV-lərinə istinadən yazır.
Ölkədə kazino və oyun klublarının leqallaşdırılmasına 224-ü prezidentin “Xalqın köləsi” partiyasının nümayəndəsi olmaqla, 248 xalq deputatı səs verib.
Sənəd dövlət başçısı tərəfindən də imzalanmalıdır.