Qazaxıstanın Müdafiə nazirinin müavini Bakıt Kurmanbayev koronavirusdan dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti tərəfindən yayılan məlumatda deyilir.
“2020-ci il iyulun 14-də Qazaxıstan Respublikasının Müdafiə nazirinin müavini general-mayor Kurmanbayev Bakıt Januzakoviç dünyasını dəyişib”, - deyə Nazirliyin məlumatında qeyd edilib.
Qurumun mətbuat xidmətindən RİA “Novosti”yə bildirilib ki, 50 yaşlı hərbçi koronavirusdan ölüb.