Belarus Prezidenti Aleksandr Lukaşenkonun əsas rəqibi hesab olunan, müxalif namizəd Viktor Babariko yol verdiyi qanun pozuntularına görə, ölkədə keçiriləcək prezident seçkilərinə qeydiyyatdan keçə bilməyib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin MSK-si məlumat yayıb.
Seçki orqanın rəhbəri Lidiya Yermoşina Babarikonun gəlirləri və mülkü haqqında deklarasiyada uyğunsuzluğun aşkar edildiyini, eləcə də onun seçki kampaniyasında “xarici təşkilatların” iştirak etdiyini bildirib.