Belarusda avqustun 9-da keçiriləcək prezident seçkilərində beş nəfərin namizədliyi qeydə alınıb.
Unikal.org xəbər verir ki, bu barədə respublikanın MSK-nin iclasının nəticələrində bildirilir.
Beləliklə, prezidentlik postu uğrunda ölkənin cari rəhbəri Aleksandr Lukaşenko, parlamentin aşağı palatasının sabiq deputatı Anna Kanopatskaya, “Həqiqəti de” ictimai birliyinin həmsədri Andrey Dmitriyev, Belarus sosial-demokratik “Qramada”sının sədri Sergey Çereçen və bloger Svetlana Tixanovskaya mübarizə aparacaqlar.
Qeyd edək ki, Belarusda seçkiöncəsi təşviqatlar iyulun 14-də başlayır, avqustun 8-də isə bitir.