Koronavirusun maddi cəhətdən mənfi təsirləri getdikcə artır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, karantin müddətində aviaşirkətlərin fəaliyyətlərinin dayandırılması nəticəsində Ukraynada uçuş firmaları vergiləri və işçilərin maaşlarını ödəmək üçün təyyarələrini internet üzərindən satışa çıxarıb. 20 təyyarə müxtəlif firma və şəxslərə satılıb. Əldə edilən 2 milyon 630 min qrivna (165 milyon manat) gəlirlə firmaların vergi borcları və işçilərin maaşları ödənəcək.