İranda zibil qutularından toplanan maskaların yenidən satışa çıxarılması iddia edilir.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, sosial mediada yayılan fotodan sonra İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur  xalqa səslənərək səyyar satıcılardan maska almamağı tələb edib. 

“Yaxşı olar ki maskaları əczaxanalardan alasınız. Həmçinin maskaları tullamazdan əvvəl qayçı ilə kəsib lazımsız hala salın ki, təkrar istifadəyə yararlı olmasın”, - deyə sözçü bildirib.