İran Müdafiə Nazirliyinin Hava-Kosmik Agentliyindən təqaüdə çıxan Rıza Əsgərinin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) adından casusluq etdiyi səbəbiylə edam edildiyi bildirilib.
Unikal.org xarici mətbuata istinadən məlumat verir ki, İranın rəsmi İRNA agentliyindəki xəbərə görə, hakim sözçüsü Qulam Hüseyn İsmaili paytaxt Tehranda mətbuat konfransı keçirdib.
“2016-cı ildə Müdafiə Nazirliyi Hava-Kosmik Agentliyindən təqaüdə çıxmadan əvvəl və sonra, raket fəaliyyətimiz haqqında CİA-ya məlumat satdığı və bunun müqabilində pul aldığı aşkarlanan Rıza Əsgəri haqqında edam qərarı ötən həftə icra edildi”- deyə sözçü çıxışı zamanı qeyd edərək Riza barəsində edam hökmünü oxuyub.