İndoneziyada güclü yağışın yaratdığı sel nəticəsində 13 nəfər ölüb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Şimal Luu bölgəsində təsirli olan yağışlar Masamba çayının daşmasına səbəb olub.
Belə ki, güclü sel nəticəsində 4 mindən çox insan yaşadığı ərazidəntəxliyə olunub. Yerli məlumata görə, 13 nəfərin öldüyü və 46 nəfərin itkin düşdüyü qeyd bildirilib.
İtkin düşən şəxslərin axtarışı davam etdirilir.