Ukraynanın Ermənistandakı səfiri İvan Kuleba Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Buna səbəb Ukrayna Xairici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı bəyanatı olub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi bu yaxınlarda Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar dərin narahatlığını ifadə edib. Bəyanatda bildirilib ki, Ukrayna tərəfi "Vəziyyətin Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında ərazi bütövlüyünə hörmət edilməklə siyasi yolla həll olunmasının tərəfdarıdır".

Bildirilib ki, Ukraynanın Ermənistandakı səfiri İvan Kulebanı Ermənistan Xarici İşlər nazirinin müavini qəbul edib.