Türkiyədə son sutka ərzində daha 20 nəfər koronavirusdan ölüb.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 402 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 43 231 nəfərdən 992-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 214 993 nəfərə çatıb. Müalicə olunan 1 049 xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək 196 720 nəfər koronavirusdan müalicə olunub".