Avropa ölkələri “ABŞ-dan istifadə etmək üçün” Aİ-da birləşiblər.
Unikal.org xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp Ağ Evdə jurnalistlər qarşısında çıxışı zamanı bildirib.
O qeyd edib ki, ABŞ Avropa da daxil olmaqla, dünya ölkələri ilə nəhəng iqtisadi yarışda iştirak edir və əlavə edib ki, Aİ dövlətləri heç vaxt Amerikaya qarşı yaxşı münasibətdə olmayıblar.
Trampın sözlərinə əsasən, Aİ-nin yaradılmasının məqsədi Birləşmiş Ştatlardan mənfəət əldə etməkdir. Lakin ABŞ lideri öz mövqeyini təsdiqləyən heç bir fakt gətirməyib.