Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi nəticəsində Ermənistan tərəfi böyük itkilər verib. 

Unikal.org xəbər verir ki, Ermənistan Müdafiə nazirliyinin sözçüsü Şuşan Stepanyan öz facebook səhifəsində bu barədə paylaşım edib.

O bildirib ki, 10 hərbi qulluqçu yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti xüsusilə ağırdır.

Ancaq Ermənistanın real itkiləri bundan qat-qat çoxdur. Praktika onu göstərir ki, ermənilər hər dəfə Azərbaycana qarşı təxribat törətdikdən sonra ağır itkilər verərək ölü və yaralı saylarını sonrakı günlərdə hissə-hissə açıqlayırlar. Ona görə də üzümüzə gələn günlərdə Ermənistan KİV-də erməni hərbi qulluqçularının avtomobil qəzasına düşərək həlak olması, tok vurması nəticəsində vəfat etməsi xəbərlərini gözləyirik. 

Qeyd edək ki, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Azərbaycan Ordusu düşməni yerində oturdub və cavab zərbələri endirilib.