Dünyada baş verən cinayətlərin statistikasını müqayisə edən “Numbeo” analitika servisi 2020-ci ildə səyahət üçün ən təhlükəli ölkələrin siyahısını tərtib edib.
Unikal.org təşkilatın saytına əsasən xəbər verir ki, siyahıda birinci pillədə Venesuelanın adı çəkilir.
Mütəxəssislər bildirirlər ki, bu ölkədə cinayətin indeksi 84,36, təhlükəsizlik indeksi isə 15,64-dür. Antireytinqin ikinci pilləsində cinayət indeksi 80 olan Papua-Yeni Qvineya qərarlaşıb.
Növbəti mövqelərdə isə Cənubi Afrika (77,3) və Əfqanıstanın (76,9) adı çəkilir.
Bundan savayı, top-10-a Honduras (76,6), Trinidad və Tobaqo (72,4), Qayana (68,1), Salvador (67,8) və Suriya (67,4) salınıblar.