Hindistanda yağan şiddətli musson yağışlarından 2 milyondan çox insan əziyyət çəkir.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın şimal-şərqindəki Assam vilayətində yağan musson yağışları nəticəsində ən az 50 insan həyatını itirib. Vilayətin 20 bölgəsində 480 çadır qurulub və 60 000 nəfərin həmin çadırlara sığındığı bildirilib. Yağan yağışlar nəticəsində çox sayda ev və binalar yararsız vəziyyətə düşüb.
Bundan əlavə rəsmi qurumlar UNESCO Dünya İrsi siyahısına daxil olan Kaziranqa Beynəlxalq Parkının da sular altında qaldığını və 51 növ vəhşi heyvanın məhv olduğunu açıqlayıb.