İtaliya hökuməti koronavirus tədbirləri çərçivəsində karantin qaydalarını  iyulun 31-nə kimi uzatdığını açıqlayıb.

Unikal.org xəbər verir ki,  bu barədə  İtaliyanın Səhiyyə naziri Roberto Speranza bildirib. 

Həmçinin də, nazirin açıqlamasına görə, ölkədə səyahət tədbirlərinin də uzadılacağını qeyd edib. 

“Tədbirlər çərçivəsində Ermənistan, Bəhreyn, Banqladeş, Braziliya, Bosniya və Herseqovina, Çili, Küveyt, Şimali Makedoniya, Moldova, Oman, Panama, Peru və Dominikan Respublikası kimi ölkələrdən səyahət edən insanlar İtaliyaya birbaşa uçuşları qadağandır” -  deyə italiyalı nazir bildirib.