ABŞ administrasiyası Çinin Honq Konq xalqına qarşı təzyiq siyasəti yeritdiyinin əsas gətirərək Pekinə qarşı yeni sanksiyalar qəbul edib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib. Ağ Ev rəhbərinin təsdiqlədiyi qanun layihəsi Honq Konqa Milli Təhlükəsizlik Qanununu tətbiq edən çinli rəsmilərlə əməkdaşlıq edən banklara qarşı sanksiya tətbiq etməyi nəzərdə tutur.
Tramp Honq Konqdakı vəziyyəti yaxından izlədiklərini və ürəkaçan olmadığını bildirib.
"Honk Konq xalqının müstəqilliyi əlindən alındı. Artıq sərbəst bazarda rəqabət apara bilmir. Bir çox insanın Honk Konqu tərk edəcəyinə şübhə edirəm" - deyə o, bildirib.
Ağ Ev rəhbəri həmçinin Honk Konqla bir çox sahədə əməkdaşlıq edildiyini və onlara xüsusi imtiyazlar verdiklərini, lakin yeni qərara əsasən bu imtiyazların ləğv edildiyini və bundan sonra Honk Konqa da Çinlə eyni münasibəti göstərəcəklərini bildirib.