Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 17 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb.
Nazir bildirib ki, son 24 saatda 42 320 şübhəli koronavirus testindən keçib, onlardan 947-nin cavabı pozitiv çıxıb. Bu gün daha 1013 xəstə sağalıb.
Türkiyədə indiyədək 215 940 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5419 nəfər ölüb, 197 733 nəfər müalicə olunaraq evə buraxılıb.
Nazir qeyd edib ki, son iki gündə nəticələrin yaxşılaşması Türkiyədə COVID-19 infeksiyasına ciddi xəstəlik olaraq yanaşmanın göstəricisidir.