Braziliya Prezidenti Jair Bolsonaronun yenidən verdiyi koronavirus testi müsbət cavabla nəticələnib.

Unikal.org xəbər verir ki, prezident özünü yaxşı hiss etdiyini və bir həftədən çoxdur ki, hərarətinin olmadığını bildirib.

Ölkə başçısı nəfəs problemi və ya dad itkisi kimi ümumi simptomlarının olmadığını söyləyib. O, hidroksiklorokin ilə müalicə olunduğunu vurğulayıb.

Xatırladaq ki, ilk dəfə Braziliya prezidenti koronavirus infeksiyasına yoluxduğunu virusun simptonlarını özündə açkarlayaraq iyulun 7-də bildirib.