Gürcüstanda yeni növ koronavirusa daha (COVID-19) 2 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1006 nəfərə çatıb. Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 5640 nəfər karantində saxlanılır, 244 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Yoluxanlardan 883 nəfərin sağaldığı, 15 nəfərin isə vəfat etdiyi bildirilir.