ATƏT-in demokratik institutlar və insan hüquqları Bürosu Belarusda keçiriləcək prezident seçkilərini izləməyə dəvət almayıb.

Unikal.org təşkilatın saytına istinadən xəbər verir ki, bu barədə büronun direktoru İnqiborq Solur Gisladottir bildirib. 

O qeyd edib ki, təşkilat ölkənin dəvəti olmadan müşahidəçiləri göndərə bilmir.

Gisladottirin sözlərinə əsasən, baş verənlər rəsmi Minskin prezident seçkilərində müşahidəçilərlə əməkdaşlığa meylli olmadığını göstərir.