“Twitter” sosial şəbəkəsində bəzi tanınmış şəxslərini hesabları haker hücumuna məruz qalıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hesablarına hücum edilənlər arasında Barak Obama, Co Bayden, Bill Qeyts, İlon Mask kimi məşhurların, eləcə də “Uber” və “Apple” kimi korporativ şirkətlərin adları çəkilir.
Məsələnin araşdırıldığı və bu istiqamətdə gərəkli addımların atıldığı deyilsə də, bu müddət ərzində hakerlərin hesablar üzərindən yüksək gəlir qazandıqları da bildirilir.