Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov balıq ovu zamanı tutduğu şikarını uşaq evinə bağışlayıb.
Bu barədə Unikal.org “Neytralnıy Türkmənistan” qəzetinə istinadən xəbər verir.
“Məzuniyyətdə olan Prezident Qurbanqulu Berdiməhəmmədov ölkənin ən mənzərəli göllərindən birində balıq ovu ilə məşğuldur. Dövlət başçı təzə balığı hədiyyə qismində “Çiçəklənən Saray” uşaq evinə yollayıb”, - deyə məlumatda bildirilir.