Türkiyənin əsas müxalif partiyası olan “Xalq-respublika partiyası”nın lideri Kamal Kılıçdaroğlu məhkəmə qərarı ilə dövlət başçısı Rəcəb Tayyip Ərdoğana və onun qohumlarına 359 min lirə (52 min dollara yaxın - red) təzminat ödəməlidir.
Bu barədə Unikal.org NTV telekanalına istinadən xəbər verir.
Xatırladaq ki, 2017-ci ildə Kılıçdaroğlu Türkiyə liderini ittiham edərək əlində olan sənədlərə əsasən dövlət başçısının 2011-2012-ci ildə maliyyə pozuntusuna yol verməklə milyonlarla dollarını vergidən yayındırdığını bildirmişdi.
Erdoğan isə öz növbəsində bəyan etmişdi ki, Kılıçdaroğlu ona qarşı irəli sürdüyü ittihamları sübut edə bildiyi təqdirdə, o, vəzifəsindən istefa verəcək, dövlət başçısının vəkilləri isə məhkəməyə müraciət edərək, müxalifət liderindən təzminat ödəməyi tələb etmişdilər.
Məhkəmə müəyyən edib ki, müxalifət lideri tərəfindən təqdim olunan sənədlər həqiqidir, lakin pul köçürmələri qanunauyğun şəkildə həyata keçirilib və vergidən yayınma deyil.