ABŞ-da, qabaqcıl texnologiyalar sahibkarı Nyu- Yorkdakı mənzilində ölü tapılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məşhur sifariş saytı "Pathao" və "Uber" kimi motosiklet taksi tətbiqetməsinin qurucusu Fahim Saleh evində faciəvi şəkildə qətlə yetirilib.
Hadisə yerinə polis cəlb olunub. Polislərin ilkin açıqlamasına görə 33 yaşlı Salehin başı və ayaqları elektrik mişarla kəsildiyi bildirilib.
Qeyd edək ki, Banqladeşli mühacir ailəsindən olan Saleh, Nepal və Banqladeşdə taksi, kuryer və qida sifariş xidmətləri, həmçinin də, "Uber" kimi motosiklet taksi tətbiq edən "Pathao" şirkətinin qurucularından biridir.
Faktla bağlı araşdırma davam etdirilir.