Malavi Prezidenti Lazarus Çakverə xalqını  yeni növ koronavirusla mübarizə üçün 3 gün dua etməyə və oruc tutmağa çağırıb. 

Unikal.org xəbər verir ki, dövlət başçısı bu barədə mətbuata açıqlama verərkən qeyd edib. 

“Bütün din vətəndaşlarını və Malavili sakinlərini bu gün Covid-19-a qarşı başlayaraq üç gün namaz qılmağa və oruc tutmağa çağırıram”- deyə Çakverə ifadə edib.  19 İyul Bazar günü milli şükran günü elan etdiyini söyləyib. 

Xatırladaq ki, Çakverə keçən ay seçkilərdə qalib gəlib və  prezident olub.  

Həmçinin də, bu günə qədər ölkədə 21 532 Covid-19 testi keçirilib, 2 497 nəfər Covid-19 aşkar edilib. Qeyd edək ki, Malavidə virus səbəbiylə 40 nəfər həyatını itirib.