Hadisə Çinin Çonqqing şəhərində meydana gəlib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, kütləvi davaya qoşulan şəxsin başına bıçaq zərbəsi endirilib. Bir müddət yerindən tərpənməyən şəxs sonradan başındakı bıçaqla şəhər xəstəxanasına üz tutub.
Müşahidə kameralarına əks olunan şəxsin görüntüsü sosial mediada gündəm yaradıb. Belə ki, çinli xəstəxanaya gələrək, yardım istəyib. Həkimləri onu tez bir zamanada əməliyyata alıblar. 4 saat davam edən əməliyyat uğurlu keçib və şəxsin sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib.
Hadisənin kim və kimlər tərəfindən törədildiyi məlum deyil. Faktla bağlı araşdırma davam edir.