Hindistanda gün ərzində COVİD-19 infeksiyasına rekord sayda - 32 min 538 yoluxma qeydə alınıb. Bununla da ölkədə virusa yoluxanların ümumi sayı bir milyonu ötüb. Hindistan yeni növ koronavirusa yoluxma sayı bir milyonu ötən üçüncü ölkədir. Bundan əvvəl ABŞ və Braziliyada yolxuma sayı milyon nəfəri ötmüşdü.

Unikal.org pandemiyanın statistikasını aparan “Vorldometers” saytına istinadla xəbər verir ki, gün ərzində Hindistanda COVİD-19 səbəbindən 666 ölüm halı baş verib. İndiyədək Hindistanda 25 min 595 nəfər bu virusdan ölüb. Virusa yoluxanların 60 faizinin sağaldığı bildirilir.

Qeyd edək ki, Hindistan COVID-19 virusuna yoluxanların sayına görə, ABŞ və Braziliyadan sonra üçüncü sıradadır. Ən çox yoluxma halları Maharştra və Tamil Nadu ştatlarında, paytaxt Dehlidədir.