Türkmənistanda hakimiyyətin qərarı ilə bütün dini obyektlər müvəqqəti olaraq bağlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Dini İşlər Şurası məlumat bildirib.
Şura nümayəndəsinin sözlərinə görə,”məscidlər, kilsələr və müqəddəs ziyarət yerləri yoluxucu xəstəliklərin yayılmasına qarşı profilaktik tədbir kimi bağlanıb”. O, dini müəssisələrin hansı müddətə bağlandığını dəqiqləşdirməyib.
Agentliyin həmsöhbəti əlavə edib ki, məscidlərin minarələrindən hələ də duaya çağırışlar eşidilir, lakin indi onlar yalnız namaz vaxtına xatırlatma kimi xidmət edirlər.
Qeyd edək ki, iyulun 6-da Türkmənistana Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) missiyası gələndən sonra ölkə hökuməti bir sıra sanitariya məhdudiyyətlərini tətbiq etdi -regionlar arasında qatarların və avtobusların hərəkəti dayandırıldı, maska rejimi tətbiq olundu, bir sıra iri ticarət mərkəzləri və bazarlar bağlandı. Dünən ÜST ekspertləri ölkədə COVID-19-a yoluxma hallarının mövcudluğunu təsdiqləməyiblər və Türkmənistanın infeksiyaya qarşı mübarizəyə hazırlığının müsbət xarakteristikalarını təqdim ediblər.