12 yaşlı qız bir ay içində iki dəfə ayrı-ayrı kişilərə ərə verilib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, qorxunc hadisə Keniyada yaşanıb.
Artıq yerli hökumət nümayəndələri qızı ailəsinin əlindən alıb.
Məlumata görə, ata əvvəlcə qızını 51 yaşlı kişiyə ərə verib. Qarşı tərəf qızı almaq müqabilində ailəyə dörd inək hədiyyə edib. Uşaq buna qarşı çıxsa da, böyük qardaşları onu döyərək, zorla ər evinə göndəriblər.
Bir müddət sonra qız evdən qaçıb, ancaq ailəsinin yanına qayıtmaqdan qorxaraq, 35 yaşlı başqa bir evli kişi ilə əlaqə qurub. Qohumları qızı axtarıb tapıblar və birinci ərinin evinə qaytarıblar.
Sonra işə dövlət qarışıb.
Hazırda azyaşlının atası və hər iki ər qaçıb. Ölkədə yetkinlik yaşına çatmayanlarla (18 yaşdan aşağı) evlilik rəsmən qadağandır və qanun pozucularını beş ilədək həbs cəzası gözləyir.
Yerli hüquq müdafiəçilərinin sözlərinə görə, koronavirus pandemiyası və məktəblərin bağlanılması uşaq evliliklərinin artması ilə nəticələnib. Aclıq bəzi ailələri öz qızlarını iki və ya üç inək müqabilində ərə verməyə məcbur edir.