ABŞ administrasiyası Avropa İttifaqı ölkələrindən olan tələbələrin Amerikaya gəlmələrinə icazə verib.
Unikal.org xəbər verir ki, bu barədə ABŞ-ın Dövlət Departamenti tərəfindən yayılmş məlumatda deyilir.
“ABŞ Prezidenti Donald Tramp daha öncə qəbul etdiyi qərardan imtina etməli oldu. Belə ki, əks təqdirdə on minlərlə xarici tələbə Amerika ali təhsil mərkəzlərini tərk etməli olacaqdı”, - deyə məlumatda qeyd edilir.
Dövlət Departamenti, həmçinin vurğulayır ki, “Au Pair” proqramı ilə gələn işçilərin bəzi kateqoriyalarına, eləcə də ABŞ vizası olanların ailə üzvlərinə güzəştlər təqdim edəcək.
“Reuter” xəbər agentliyi isə bildirir ki, qadağanın aradan qaldırılması iri universitetlər tərəfindən qaldırılmış məhkəmə iddiaları və biznes, eləcə də texnologiya şirkətlərinin etdikləri təzyiqlə əlaqədardır.
Xatırladaq ki, Tramp “COVID-19”a yoluxanların sayının artması ilə əlaqədar olaraq Avropa ölkələrinin əksəriyyətinin vətəndaşlarının ABŞ-a səfərinə qadağa tətbiq edib.