Amerikalı aktrisa Qeylin Corc vəfat edib.

Unikal.org xəbər verir, ki, aktrisa uzun müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Qeylin 56 yaşından bir gün əvvəl 14 iyulda vəfat edib.

Yaxınları aktrisanın ağciyəri də daxil olmaqla "bədənin hər yerində" xərçəng diaqnozu qoyulduğunu qeyd ediblər.

Qeyd edək ki, Qeylin Corc izləyicilərin sevimlisinə çevrilən bir çox televiziya şoularında epizodik rollar ifa edib. "Lost", Beverly Hills Şahzadəsi" seriallarında maraqlı obrazlar yaradıb. Bundan əlavə, Corc "Robocop-2" və "Bir dalğanın üstündəki" filmlərində də rol alıb.