Britaniya şahzadəsi Harrinin xanımı Meqan Markl ABŞ prezidentliyinə namizəd olmaq niyyətindədir.
Unikal.org xəbər verir ki, bu barədə "The Mirror" kral mütəxəssisi Beverli Törnerə istinadən yazır.
Onun sözlərinə əsasən, Markl ciddi şəkildə Ağ Evdəki "kürsü" uğrunda mübarizə aparmağı planlaşdırır:
“O, prezidentliyə namizəd olacaq, buna şübhəm yoxdur. Əminəm ki, bu, planıarının bir hissəsidir. Bəlkə də, yaxın zamanda həyata keçməyəcək, lakin baş verəcək".
Bundan öncə Markl ABŞ-a qayıtmaq qərarını taleyüklü hesab etdiyini deyib. "Daily Mail"ın həmsöhbəti qeyd edib ki, o, dəfələrlə həqiqətən vacib işlər görmək arzusunda olduğunu və dünyanı dəyişmək istədiyini etiraf edib.