Türkiyədə gün ərzində koronavirusdan daha 18 nəfər vəfat edib.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir qeyd edib ki, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 458 nəfərə çatıb.
Onun sözlərinə görə, Türkiyədə koronavirusa yoluxma hallarının ümumi sayı isə 217 799 nəfərə yüksəlib.