"Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin keçiriləcək təlimlərində Ermənistan ordusunun alayı da iştirak edəcək"

Unikal.org xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə nazirlyinin nümayəndəsi Artsrun Hovhannisyan məlumat verib.

"Rusiya güclü ordusu olan böyük bir ölkədir. O, öz qoşunlarının hər hansı bir yoxlama və təlimlərini həyata keçirə bilər. Yalnız onu deyə bilərəm ki, Ermənistan silahlı qüvvələri, burada yerləşdirilən Rusiya hərbi bazası ilə birlikdə bu təlimlər çərçivəsində birgə tədbirlər planlaşdırıblar" deyə Hovhannisyan bildirib.