Koronavirus pandemiyası bütün dünyada təsirini göstərməyə davam edərkən, İrandan acı bir xəbər gəlib.
Unikal.org xəbər verir ki, İranın Rezevi -Xorasan əyalətinə bağlı Günabad şəhərində 2 günlük körpə koronavirus səbəbi ilə həyatını itirib.
Uşağın anasının hamiləliyin son həftələrində bir toy mərasimində iştirak etdiyi və orada koronavirusa yoluxduğu bildirilib.
Keysəriyyə əməliyyatı ilə dünyaya gətirilən uşaqda nəfəs çatışmazlığı və ürək ritmində pozğunluq olduğu müşahidə edilib. 2 gün sonra isə həkimlərin müdaxiləsinə baxmayaraq yeni doğulan uşaq dünyasını dəyişib.
Qeyd edək ki, İranın Günabad şəhərində son 24 saattda 1000 nəfərin koronavirusa yoluxduğu, 35 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilib.