Son sutkada Böyük Britaniyada 114 nəfər yeni növ koronavirusdan (COVID-19) ölüb.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 45 233 nəfərə çatıb. Son gündə daha 687 nəfərdə virus aşkarlanıb. İndiyə kimi ölkədə 293 239 koronavirusa yoluxma halı qeydə alınıb.

Bundan bir gün əvvəl 66 nəfər virusun qurbanı olub, 642 nəfərinsə virusa yoluxması təsdiqlənib.