Qırğızıstanda son sutkada koronavirusa 1264 nəfər yoluxub, 73 nəfər dünyasını dəyişib.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi məlumata görə, virusa yoluxanlardan 70-i həkimdir. Ümumilikdə indiyə qədər koronavirus infeksiyasına 2269 tibb işçisi yoluxub.
Qeyd edək ki, ölkədə infeksiyaya ümumi yoluxma sayı 25 047 təşkil edir. 858 nəfər isə dünyasını dəyişib.