Nant şəhərində Fransanın ən iri kilsələrindən olan “Müqəddəs Pyotr və Pavel” kilsəsində yanğın baş verib.
Unikal.org Fransa KİV-ə istinadən xəbər verir ki, yanğın binanın üst yarusunda yerli vaxtla 07:30-da (Bakı vaxtı ilə 09:30-da) başlayıb.
Hadisə yerinə cəlb olunmuş yanğınsöndürənlər alovun binanın qalan hissəsinə keçməsinin qarşısını ala biliblər. Hazırda yanğının söndürülməsi üzərində 100-dən artıq insan çalışır.
“Müqəddəs Pyotr və Pavel” XV əsrə aid qotik kafedral kilsədir.
@Francetele #nantes pic.twitter.com/a5A12oe8jU
— Jnoel Valentin (@JnoelValentin) July 18, 2020