SİYAVUŞ NOVRUZOVDAN SÖYÜN SADIQOVA SƏRT İTTİHAM
11:53 06-12-2012
CƏMİYYƏT
SİYAVUŞ NOVRUZOVDAN SÖYÜN SADIQOVA
SƏRT İTTİHAM
“O, ermənilərin təhriki ilə hərəkət edir”
Son zamanlar Rusiyada yaradılan “Milyarderlər İttifaqı” ilə bağlırəsmi açıqlamalar verilməkdədir və ortaya çıxan nəticə budur ki, yaradılan təşkilat Azərbaycanın dövlət maraqlarına cavab vermir. Məsələyə daha konkret münasibət bildirən PA rəhbəri Ramiz Mehdiyev də açıq şəkildə bəyan etdi ki, bu təşkilat tamam başqa maraqlar güdür. İndi isə millət vəkili Siyavuş Novruzov daha sərt bəyanatla çıxış edib.
“Söyün Sadıqovun ətrafındakıların hamısı ermənilərdir. O, ermənilərin təhriki ilə hərəkət edir”. Bunu açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib.
YAP-çı millət vəkili deyib ki, S.Sadıqov bir qrup jurnalisti aldadaraq pullarını verməkdən imtina edib: “Sadıqovun xeyli sayda şəxslərə pul borcu var. O, xeyli tərəfdaşını aldadıb. Artıq Söyün Sadıqovu hər yerdə, o cümlədən Rusiyada da dələduz kimi tanıyırlar. Hətta onun hərəkətlərini ifşa edən müsahibəmdən sonra Rusiyadan və digər yerlərdən mənə zənglər olundu. Onu ifşa etdiyim üçün zəng edən insanlar mənə təşəkkür etdilər”.
S.Novruzov həmçinin əlavə edib ki, bu yaxınlarda Azərbaycan Xalq Cəhbəsi Partiyasının (AXCP) bir qrup nümayəndəsi S.Sadıqovla görüşüblər. Onun sözlərinə görə, Xalq Cəhbəsi Sadıqovla əlaqələrini və onun ətrafında tərəfdaşlarının olduğunu açıq şəkildə də bəyan edir: “Həmin tərəfdaşlar vaxtilə Azərbaycanda dövlət çevrilişində iştirak etmiş və xəyanətkar insanlardır. Təbii ki, bu faktlar bizə də məlumdur. Onlar bu cür adamların ətrafında toplaşaraq separatçı rejimlərə dəstək verirlər. Onlar xarici kəşfiyyat orqanlarının təsiri altında bu cür addımlar atırlar. Təsadüfi deyil ki, vaxtilə “Talış Muğan Respublikası”nın yaradılmasında fəal iştirak edən və Lənkəran Xalq Cəhbəsində təmsil olunan bir qrup insan hazırda Söyün Sadıqovun ətrafında cəmləşiblər. Ona görə də bəzi mətbuat orqanları, o cümlədən Azərbaycanda fəaliyyət göstərən İran meylli saytlar Sadıqovun bəyanatlarını və fikirlərini dayanmadan yayımlayırlar. Onlar üçün vətən-dövlət anlayışı əhəmiyətsizdir. Hətta, onlar ermənilərin də hər fikirlərini yayımlamağa hazırdırlar”.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 18:29:57
2024-12-27 17:58:00
2024-12-27 17:49:17
2024-12-27 17:46:00
2024-12-27 17:44:27
2024-12-27 17:42:00
2024-12-27 17:24:07
2024-12-27 17:15:00
2024-12-27 17:08:07
2024-12-27 17:01:02
2024-12-27 17:00:01
2024-12-27 16:45:44
2024-12-27 16:42:01
2024-12-27 16:25:00
2024-12-27 16:18:17
2024-12-27 16:14:44
2024-12-27 15:56:04
2024-12-27 15:53:00
2024-12-27 15:45:44