“Biz baş verən hadisələrlə bağlı sistemli şəkildə cəmiyyətə məlumatlar çatdırırıq. Düşmən tərəfi isə məlumatları gizlədir”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.
O bildirib ki, Müdafiə Nazirliyi Azərbaycanın itkiləri ilə bağlı məlumatların verilməsinin tərəfdarıdır: “Hadisələr zamanı ermənilər 100-lərlə itki verib. Düşmənə qarşı keçirilən hər bir cəza tədbirlərinin və onlara vurulan zərbələrin əksəriyyətinin videoçəkilişlər, PUA-lar və digər texniki vasitələrlə çəkilişi aparılıb”.